Siyasət

  • 4 788

Tudor Ulyanovski: Moldova Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəkləyir

image

Moldova GUAM məkanında dondurulmuş münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, beynəlxalq hüquq prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəkləyir.Bunu Trend-ə eksklüziv müsahibəsində Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Tudor Ulyanovski bildirib.Nazir qeyd edib ki, Azərbaycan və Moldova müstəqilliklərini əldə etdikdən və beynəlxalq ictimaiyyətin üzvü olduqdan sonra bir çox istiqamətlərdə, xüsusilə BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, habelə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqları uğurlu başlayıb.Nazirin sözlərinə görə, belə əməkdaşlıq hər zaman ikitərəfli, regional və çoxtərəfli münasibətlərin qarşılıqlı maraq doğuran, prioritet məsələlərdə baxışların faydalı mübadiləsinə və qarşılıqlı dəstəyə təkan verib: "Bu [əməkdaşlıq] hər zaman olaraq xüsusi vacibdir, çünki artıq iki onillik ərzində hər iki ölkə birgə səylər, beynəlxalq və regional səviyyələrdə səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək tələb edən eyni problemlərlə üzləşir."Ulyanovski vurğulayıb ki, Moldova hər zaman bu münaqişələrin beynəlxalq hüquqa hörmət, dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəkləyib.Nazir əlavə edib ki, Moldova BMT Baş Assambleyasının həlli uzanan münaqişələrə dair qətnamə layihəsinin GUAM məkanında irəliləməsinə xüsusi diqqət yetirir.

yap.org.az

Digər xəbərlər