Siyasət

  • 3 510

Fernando Luqo: Paraqvay Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir

image

Martın 15-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Paraqvay Respublikası Senatının sədri Fernando Luqonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sədr bu cür görüşlərin parlamentlərarası əməkdaşlığımızın inkişaf perspektivlərinin araşdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, VI Qlobal Bakı Forumunda iştirak edən qonağa uğurlar arzulayıb. Qeyd edilib ki, səfər Azərbaycanın mədəniyyəti, tarixi ilə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaradır.
Sədr deyib: “Sevindirici haldır ki, son illər münasibətlərimizdə dinamizm müşahidə olunmaqdadır”. Qonağın şəxsində Paraqvay dövlətinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən suverenlik, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, Xocalı soyqırımı kimi məsələlərdə ölkəmizin mövqeyini dəstəkləməsini və bizimlə həmrəy olmasını yüksək dəyərləndirən spiker ona bir daha təşəkkür edib. Sədr deyib ki, bu məsələlərlə bağlı qətiyyətli mövqe sözügedən problemin çözülməsinə böyük töhfə verə bilər.
Oqtay Əsədov iqtisadi sahədə əlaqələrimizin mövcud potensiala cavab vermədiyinə diqqət çəkərək, bu sahədə aktivliyin artırılmasını günün tələbi hesab edib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərin intensivləşdirilməsi hər iki tərəf üçün əhəmiyyətlidir. “Biz Paraqvay Senatında və Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılmasını alqışlayırıq. Yaxın zamanda Milli Məclisdə də müvafiq qrupun yaradılması nəzərdə tutulub”, - deyə o qeyd edib.
Sədr beynəlxalq təşkilatlarda deputatlarımızın iştirakını, onları düşündürən məsələlər ətrafında bu qurumlar çərçivəsində fikir mübadiləsi aparılmasını təqdir edib. Vurğulanıb ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri informasiya və təcrübə mübadiləsi baxımından çox önəmlidir.
Paraqvay Respublikası Senatının sədri Fernando Luqo ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. Bildirilib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. Bu baxımdan parlamentlər səviyyəsində münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılması ümumi məqsədlərə xidmət edir.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

yap.org.az

Digər xəbərlər