Siyasət

  • 2 601

"Seçkilərdən sonra həmsədrlərlə danışıqları intensiv davam etdirəcəyik"

image

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik". SİA-nın verdiyi məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən tərpədilməsi üçün kreativ fikirlər səsləndirilib: "Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".

sia.az

Digər xəbərlər