Siyasət

  • 4 070

Millət vəklili: "Forum ölkəmizə dəstək verənlərin sayını artır” AÇIQLAMA

image

“Paytaxt Bakıda VI Qlobal Forumun keçirilməsi həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyətə malikdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, dünya üçün böyük əhəmiyyət kəsb etməsi forumda iştirak edən şəxslərdən də görmək olur: “50 ölkədən 500-dən çox qonaq, o cümlədən bir neçə olkənin prezdenti, baş nazir, nazirlər, keçmiş prezdentlər, elim adamları və dünyada tutduğu mövqeyi ilə seçilən ayrı-ayrı sahələrin təmsilçiləri iştirak edirlər. Qlobollaşan dünyada ziddiyyətlər günü – gündən dərinləşir, yeni problemlər meydana gəlir, dünyada balans pozulur. Belə bir zamanda siyasətçilərin bir araya gəlməsi, diskusiyalar aparılması, ümumi bəyanata imza atmaları çox vacibdir. Bu prosesi məhz Azərbaycan təşkil edir və dünyaya öz sülhsəvərlik misiyasını təqdim edir. Belə bir qloballaşan problemlə ölkəmiz də üz-üzə qalıb. Torpaqlarımızın 20%-i işğal altındadır. Soydaşlarımız etnik təmizlənməyə məruz qalıb. Bu baxımdan VI Qlobal Bakı Forumu ölkəmizin və regionun mövcud problemlərini dünya səviyyəsinə təqdim edilməsi üçün əvəz olunmaz platformadır. Həm də forum iştirakçıları ölkəmizin inkişafı ilə tanış olacaqlar və bu da ölkəmizin turizm potensialının təqdimatında bir fürsət hesab edirəm. Həm də bu forum Azərbaycanın dostlarının sayını artırır ki, bu da beynəlxalq arenalarda ölkəmizə dəstək verənlərin sayını artır”.

sia.az

Digər xəbərlər