Siyasət

  • 7 649

Yeni Azərbaycan Partiyası prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurlu start verdi

image

İlhamla irəli

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin növbəti və mühüm mərhələsi-təbliğat-təşviqat kampaniyası başladı.
Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurlu start verildi.
Yeni Azərbaycan Partiyası seçkilərə İlhamla irəli şüarı ilə gedir.
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının nəzdində yaradılmış seçki qərargahları seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini tam başa çatdırmış,
bu gün səhər saatlarından etibarən, təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsinə başlanmışdır.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Fevralın 27-də Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyini qeydə alıb.

yap.org.az

Digər xəbərlər