Siyasət

  • 3 616

Kürdəmirdə “İlhamla irəli” şüarı altında təbliğat-təşviqat kampaniyasına start verilib

image

Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevin təbliğat materiallarının yayılmasına başlanılıb. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar bu gün Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verib. Təbliğat - təşviqat kampaniyasının başlaması ilə əlaqədar Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən cənab İlham Əliyevin plakatları məntəqələr üzrə müvafiq ayrılmış lövhələrə yapışdırılıb. Bu prosesi əsasən partiyanın gənc fəallarından ibarət olan qrup həyata keçirib. YAP Kürdəmir rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb.

yap.org.az

Digər xəbərlər