Siyasət

  • 2 743

YAP Ağcabədi rayon təşkilatının fəalları təbliğat-təşviqat kampaniyasında böyük ruh yüksəkliyi ilə iştirak edirlər

image

Ölkənin hər yerində olduğu kimi, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsi də 2018-ci ilin 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyasına uğurla start verib. Belə ki, martın 19-u səhər saatlarından etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat materiallarını rayon ərazisini əhatə edən seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində yerləşdirilməsinə başlayıblar.Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Çevik, operativ fəaliyyət göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Verilən məlumatda o da bildirlir ki, kampaniyada YAP Ağcabədi rayon təşkilatının fəalları böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

yap.org.az

Digər xəbərlər