Siyasət

  • 2 807

Yevlaxlı seçicilər YAP-ın namizədinə səs verəcəklər

image

2018-cil il aprelin 11-də keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına Yevlaxda da yüksək fəallıqla start verilib. Verilən məlumata görə, martın 19-a səhər saatlarında YAP Yevlax rayon təşkilatının fəalları 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrinin Yevlax rayonuna daxil olan seçki məntəqələrinin hər birində təbliğat lövhələrində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat plakatlarını yerləşdiriblər.Rayon təşkilatından verilən məlumata görə, yevlaxlı seçicilər cənab İlham Əliyevin təşviqat materialını boyük maraqla izləyir və bu seçkilərdə də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər