YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müvəqqəti müşahidə missiyasının rəhbərini qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov martın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müvəqqəti müşahidə missiyasının rəhbəri xanım Korin Yonkeri partiyanın mənzil-qərargahında qəbul edib.

Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib.
ATƏT/DTİHB-in Müvəqqəti müşahidə missiyasının rəhbəri xanım Korin Yonker görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini qeyd edib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

yap.org.az