Siyasət

  • 2 501

YAP Xəzər rayon təşkilatı təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başladı

image

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başlayıb.

Kampaniyaya «İlhamla irəli» devizi altında plakatların təbliğat lövhələrində yerləşdirilməsi ilə start verilib. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı da qanunvericiliyin tələblərinə və Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına fəal qoşulub. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş yerlərdə, yəni Xəzər rayonunda 13 saylı Xəzər-Pirallahı seçki dairəsi və 14 saylı Xəzər seçki dairəsindən birlikdə 64 məntəqədə seçki komissiyasında təbliğat üçün ayrılmış müvafiq yerlərdə təbliğat materialları olan üzərində «İlhamla İrəli» şüarı yazılmış plakatlar yerləşdirilib.
Təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə və mütəşəkkil həyata keçirilməsi üçün prosesə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının gənc fəalları və könüllüləri qoşulub.

yap.org.az

Digər xəbərlər