Siyasət

  • 3 034

Şamaxıda prezident seçkilərinə yüksək fəallıqla başlayıblar

image

Məlum olduğu kimi aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçki proseslərində olduğu kimi, bu dəfəki prezident seçkilərinə də yüksək fəallıqla başlayıb.

11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şamaxı rayon şöbəsi məntəqələrin yerləşdiyi ərazilərdə yaradılmış lövhələrə YAP tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin “İlhamla İrəli” şüarı ilə plakatlarını yerləşdirməyə başlayıb. Yüksək fəallıq göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Əminliklə demək olar ki, şamaxılılar bu dəfə də yüksək seçki fəallığı göstərəcəklər.

yap.org.az

Digər xəbərlər