Şirvanlılar YAP-ın namizədini dəstəkləyəcəklər

YAP Şirvan şəhər təşkilatı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin növbəti və mühüm mərhələsinə-təbliğat-təşviqat kampaniyasına uğurla start verdi.

Belə ki, şəhər təşkilatının nəzdində yaradılmış seçki qərargahı seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini tam başa çatdırmaqla martın 19-dan səhər saatlarından etibarən, təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsini artıq başa çatdırmışdır.
YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev bildirdi ki, şəhər təşkilatının fəalları seçki plakatlarının seçki lövhələrinə yerləşdirilməsini az bir vaxtda və qanunuyğun şəkildə həyata keçirmişlər. Şirvan şəhər sakinləri YAP-ın təbliğat və təşviqat kampaniyasında iştirak edən fəallara dəstək olaraq bu işdə yaxından iştirak etmişlər.
Samid Abıyevin sözlərinə görə, şirvanlılar 11 aprel Prezident seçkilərində Prezident İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər. Çünki cənab Prezident son 14 ildə Azərbacan respublikasının inkişafı, vətəndaşların sosial-rifah halının yuksəldilməsi istiqamətində çox böyük işlər həyata keçirib. Məhz bu səbəbdən də şirvanlılar dövlətimizin daha da inkişafı üçün yenidən Prezident İlham Əliyevə dəstək verəcəklər.
Qeyd edək ki, YAP seçkilərə «İlhamla irəli» şüarı ilə gedir.

yap.org.az