Siyasət

  • 2 925

MSK-nın təşkilatçılığı ilə prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib

image

Martın 19-da Bakıda Azərbaycan Respublikası Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib.

Seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən birgə təşkil olunub.
Tədbirdə yuxarıda adları qeyd olunan qurumların nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri, bloqqerlər, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək seçki prosesinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin rol və vəzifələrindən danışıblar.
Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.

yap.org.az

Digər xəbərlər