Siyasət

  • 3 170

YAP Ucar rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verib

image

11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək Prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Belə ki, qanunvericiliyə əsasən martın 19-dan başlayaraq prezident seçkilərinə namizədlikləri qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiyanın Sədri cənab İlham Heydər oğlu Əliyevin təşviqat materiallarının yayılmasına başlanılıb.Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı da qanunvericiliyin tələblərinə və Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına fəal qoşulub. Təbliğat üçün ayrılmış müvafiq yerlərdə təbliğat materialları olan üzərində “İlhamla İrəli” şüarı yazılmış plakatlar asılıb.Təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə və mütəşəkkil həyata keçirilməsi üçün prosesə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının gənc fəalları və könüllüləri qoşulub.

yap.org.az

Digər xəbərlər