Siyasət

  • 2 684

Təbliğat kampaniyasına YAP Sabunçu təşkilatı da start verdi

image

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar 19 mart tarixində YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib.Yüksək fəallıq göstərən partiya üzvləri kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Kampaniya çərçivəsində partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təşviqat materiallarını Seçki Dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asıblar.Əminliklə demək olar ki, Sabunçu seçiciləri bu dəfə də yüksək seçki fəallığı göstərəcək və YAP-ın namizədi Cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə səs verəcəklər.

sia.az

Digər xəbərlər