Siyasət

  • 3 099

Təbliğat kampaniyasına YAP Nəsimi təşkilatı da start verdi

image

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi 11 aprel 2018-ci il tarixdə keçirələcək prezident seçkilərinin təbliğat–təşviqat kampaniyasına uğurla başlayıb. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Cənab İlham Əliyevin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesini uğurla yekunlaşdırıb.Rayon şöbəsi tərəfindən seçki prosesi əvvəlki illərdə olduğu kimi, yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq şəffaf, ədalətli şəkildə keçiriləcək, əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq mütəmadi təbliğat tədbirləri təşkil olunacaqdır.

sia.az

Digər xəbərlər