Siyasi şərhçi: “Xalqımız kimin-kim olduğunu yaxşı bilir" MÜNASİBƏT

“Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar anti-Azərbaycan qüvvələr, trollar ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaqla heç nəyə təsir edə bilməyəcəklər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, Azərbaycan xalqı kimin-kim olduğunu yaxşı bilir, elə adamlara bənd olacaq deyil: “Onların məqsədi ortalığı qarışdırıb bulanıq suda balıq tutmaqdır. Amma hələ də ağılları kəsmir ki, Azərbaycanda bu üsullar artıq keçmir. Bizim xalqımız ayıqdır, sayıqdır. Baş verənləri təhlil edib düzgün nəticə çıxarmağı, qərar verməyi bacarır. Belə bir xalqın üzərində manipulyasiya edib nəyəsə nail olacağını düşünənlər sadəcə geri zəkalıdırlar. Ona görə həmin adamlara çox da bənd olmağa dəyməz”.

sia.az