Siyasət

  • 2 833

Ağdamlılar YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər

image

"İlhamla irəli" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdam rayon şöbəsi kampaniya çərçivəsində seçicilərlə görüşlərə start verib.

Bu çərçivədə ilk görüş rayonun Xındırıstan kəndində keçirilib. Seçicilər qarşısında çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdam rayon şöbəsinin üzvü Hafiz Əzimzadə öncə rayon təşkilatının seçkilərə hazırlıqla bağlı gördüyü işlər haqqında geniş məlumat verib. Daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq-quruculuq işləri barədə danışan Hafiz Əzimzadə deyib ki, müvafiq Dövlət proqramlarının uğurla icra olunması nəticəsində bütün regionlarımız inkişaf edib, o cümlədən Ağdam da müasirləşmiş rayonlarımızdan birinə çevrilib. Natiq əmin olduğunu bildirib ki, aprelin 11-də xalqımız növbəti dəfə Prezident İlham Əliyevə səs verəcək.
Görüşdə çıxış edən digər natiqlər də prezidentliyə namizəd cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu, həmçinin torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan işlər barədə danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.

yap.org.az

Digər xəbərlər