Siyasət

  • 2 955

“İlhamla irəli” şüarı ilə Göygöl rayonunda seçicilərlə görüşlər keçirib

image

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Çaylı, Pənahlılar və Dozular kəndlərində seçicilərlə görüşlər keçirib.

Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Turani Əliyev deyib ki, Azərbaycan ictimaiyyətinin Yeni Azərbaycan Partiyasına inamı Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin siyasəti ilə bilavasitə əlaqədardır. "YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Əminliklə bildirmək olar ki, xalq qarşıdan gələn seçkilərdə partiyamızın Sədrinə səs verəcək və cənab İlham Əliyev əzəmətli qələbə qazanacaq".
YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədri Habil İsmayılov bildirib ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə səs verməklə inkişafı, tərəqqini, güclü və müasir Azərbaycanı seçmiş olacaq.
Daha sonra çıxış edənlər - Azad Mehdiyev, Adil Qarayev və digər seçicilər bildiriblər ki, Göygöl seçiciləri həmişə olduğu kimi bu dəfə də fəallıq göstərəcəklər. Seçicilər əmin olduqlarını bildiriblər ki, bu seçkilər də cənab İlham Əliyevin qələbəsi ilə nəticələnəcək.

yap.org.az

Digər xəbərlər