Siyasət

  • 3 092

Qazaxlıların seçimi - cənab İlham Əliyevdir

image

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Fərəhli, Dəmirçilər, Ürkməzli və Hüseynbəyli kəndlərində seçicilərlə görüş keçirib. Görüşlərdə seçicilər qarşısında çıxış edən YAP Qazax rayon təşkilatının Seçki qərargahının üzvləri Paşa Hadıyev, Polad Ağakişiyev, Nizaməddin Məmmədov, Fərhad Qocamanov, İsgəndər Qurbanov, Məmməd Yusifov, Yeganə Göyüşlü, Səfurə Rəhimova YAP-ın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. Qeyd edilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Məhz, bu inkişafın nəticəsidir ki, əhalinin təqaüdləri, maaşları ilbəil artırılır və bu da insanların firavan yaşamasına, sosial rifahının artmasına gətirib çıxarır. Yüzlərlə seçicinin iştirak etdiyi görüşlərdə seçicilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

yap.org.az

Digər xəbərlər