Siyasət

  • 2 389

Politoloq: “Aprel seçkilərindən sonra yeni imkanlar yaranacaq"

image

“Rusiya və Ermənistanda prezident seçkiləri başa çatdıqdan sonra bütün diqqətlər Azərbaycana yönəlib. Bölgədə proseslərin sakit tərzdə davam etməsi üçün seçkilərin insidentsiz və rahat keçməsi çox vacibdir. Azərbaycandakı seçkilərin vaxtının dəyişdirilərək aprel ayına keçirilməsi doğru addım idi. Bu gedişlə Azərbaycan Qarabağ probleminin həllində müəyyən dəyişikliklərə nail oldu. Artıq region ölkələri eyni vaxta prezidentlərini seçərək bərabər vəziyyətdə danışıqlara qoşula bilərlər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, aprel seçkilərindən sonra keyfiyyət baxımından yeni imkanlar yaranacaq və Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində aparılan danışıqlarda qarşı tərəflərin danışıqları müvəqqəti dayandırmaq cəhdləri alınmayacaq: “Rusiyada keçirilən prezident seçkiləri bu ölkə üçün çox ağrılı və beynəlxalq basqı altında keçməsi regionda vəziyyəti gərgin olaraq saxlamaqdadır. London tərəfindən Rusiya hakimiyyətinə qarşı irəli sürülən “zəhərlənmə” iddiaları bu ölkəyə qarşı müəyyən sanksiyaların tətbiq olunması ilə davam edəcək.ABŞ prezidenti Donald Trampın Putini prezident seçilməsi münasibətilə təbrik etməsi belə bu sanksiyaları yumşaltmayacaq. Təbii ki, bütün bunlar bizə də təsirsiz ötməyəcək. Rusiya ilk növbədə öz strateji müttəfiqlərindən və eləcə də Azərbaycandan qərblə münasibətləri məhdudlaşdlrmağa məcbur etməyə çalışacaq. Lakin bir faktı da diqqətdən yayındırmamaq gərəkdir. Rusiyada Putin erası sona çatmaq üzrədir. Bu Putinin sonuncu prezidentliyi olacaq. Bundan sonra isə Rusiyanın qərblə münasibətlərində böyük dəyişikliklərin olması mümkündür. Hətta Ruisyanın NATO-ya üzvlüyü məsləsi də gündəmə gələ bilər. Ona görə də Azərbaycan öz xarici siyasətində stabil və tərəfsiz mövqeyini qoruyub saxlamalıdır. Qərblə münasibətlər isə inkişafa doğru istiqamət götürməlidir”.

sia.az

Digər xəbərlər