Siyasət

  • 3 283

Ağcabədidə Novruz bayramı münasibətilə tədbir keçirilib

image


YAP Ağcabədi rayon təşkilatı və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı tədbir iştirakçılarının bayram münasibəti ilə təbrik edərək, qeyd edib ki, qədim tarixə malik Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa və insana məhəbbət bayramıdır.
Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsi müdir müavini Təyyar Hacıyev, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov və Ramil Nağıyev, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, N saylı hərbi hissənin zabit və əsgərləri çıxış edərək, Novruz bayramı münasibətilə uşaqları təbrik ediblər.
Tədbirdə folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı, GTM Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin balaca fidanlarının hazırladığı maraqlı musiqili bayram proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.

ZÜMRÜD

Digər xəbərlər