Balkan ölkələrində təhsil alan azəbaycanlı tələbə -gənclər İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət qəbul ediblər

Azərbaycandan kənarda yaşayan soydaşlarımız, eləcə də, xaricdə təhsil alan tələbə -gənclər aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi birmənalı olaraq dəstəklədiklərini və müdafiə etdiklərini bildirirlər.

Bu günlərdə Xorvatiya, Sloveniya, Serbiya, Albaniya Makidoniya, Monteneqro, Bosniya və Hersoqovinada təhsil alan azəbaycanlı tələbə -gənclər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Müraciətdə qeyd olunur ki, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət onun regiondakı, dünyadakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirir. Azərbaycan bu gün beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevrilmişdir.
Cənab İlham Əliyevə ünvanlanan müraciətdə qeyd olunur ki, Balkanlarda yaşayan Azərbaycan gəncləri ölkəmizdə güclü dövlətçiliyin qorunub saxlanması, davamlı ictimai- siyasi sabitliyin və sosial –iqtisadi inkişafın təmin edilməsi, vətənimizin günü-gündən qüdrətlənməsi və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi ilə bağlı siyasi kursunuzu tam dəstəkləyir və bundan sonra da öz üzərinə düşən vətəndaşlıq borcunu sədaqətlə, ləyaqətlə və vicdanla yerinə yetirməyə hazırdır: “Siz (cənab İlham Əliyev) təkcə ölkəmizdə deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbi vətən eşqi ilə döyünən bütün azərbaycanlıların sevimlisi və liderisiniz. Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı naminə, öz fəaliyyətimizdə xalqımızın etimadını, dəstəyini qazanmış hər birimizin prezidenti, bugünə qədər əldə edilmiş naliyyətlərin təminatçısı kimi hər zaman yanınızda olduğumuzu bildirir, Sizi dəstəkləyir, bu dəstəyi bundan sonra da davam etdirəcəyimizi qətiyyətlə bəyan edirik.”
Müraciəti Xorvatiya, Sloveniya, Serbiya, Albaniya Makidoniya, Monteneqro, Bosniya və Hersoqovinada təhsil alan 300 nəfərə yaxın azəbaycanlı tələbə -gənc imzalamışdır.

yap.org.az