Siyasət

  • 3 943

YAP Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi növbəti yığıncaq keçirib

image

Bu gün 11 aprel 2018- ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin növbəti yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov Qaradağ rayonundakı seçki məntəqələrində hakim partiyanı təmsil edən nümayəndələrə müvafiq təlimatlar verib, seçicilərlə münasibətlərin qurulması və digər məsələlər barədə müzakirələr aparıb.YAP Qaradağ rayon təşkilatının sədri deyib ki, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, çox mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir. Bu isə nəticə etibarilə prezident seçkilərinin yüksək səviyyədə həyata keçiriləcəyini söyləməyə ciddi əsaslar yaradır.

sia.az

Digər xəbərlər