Siyasət

  • 3 430

Təhmiraz Tağıyev: “Seçicilərimiz sabitliyə səs verəcək” MÜNASİBƏT

image

“Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev son 15 il ərzində bir çox uğurlu işlərə imza atıb. Həmin uğurlu işlərdən biri kimi regionlarda sosial-iqtisadi inkişafı qeyd etmək olar”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev deyib.Sədrin sözlərinə görə, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək və artıq martın 19-dan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib: "Məhz bununla əlaqədar olaraq martın 21-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayonunda izdihamlı görüş-mitinq keçirildi və bu yüksək səviyyədə də davam edir. Bölgərimizdə də bütün seçicilərimiz cənab İlham Əliyevin gördüyü işlərə, əmin-amanlığa, sabitliyə səs verəcəkdir”.

sia.az

Digər xəbərlər