Siyasət

  • 2 432

Kürdəmirlilər İlhamlı gələcəyə səs verəcəklər

image

2018-ci ilin 11 aprel tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya – prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri martın 20-də Kürdəmirdə Novruz bayramı və ilaxır çərşənbə münasibətilə təşkil olunan şənliklə «İlhamla irəli» şüarı ilə təbliğat kampaniyasına start verib.Sonra rayonun Cəyli kəndində də seçicilərlə görüş keçirilib.

Tədbirlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan siyasət artıq öz bəhrələrini verib. A.Kərimli qeyd edib ki, partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.
YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Yaqut Əşrəfova, Sabir Novruzov, Tarix İslamov, Elmira Süleymanova və digərləri vurğulayıblar ki, Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir”. Natiqlər bu uğurların davamlılığı üçün kürdəmirliləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonra çağırışçı şüarlar səsləndirilib.
Görüşdə Cəyli kəndinin sakinlərindən Ayyət Nəsirov, Vidadi Dəmirov, Sabir Rüstəmov və digərləri çıxış edərək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

yap.org.az

Digər xəbərlər