Siyasət

  • 5 321

İsa Həbibbəyli: Prezidenti İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir

image

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olur, onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da hər hansı bir istiqamətin inkişaf etdirilməsi ilə səciyyələnir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu lider olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara, hərtərəfli bacarıqlara malik olan mükəmməl dövlət xadimidir». Bu fikirləri yap.org.az saytına AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, hazırda Azərbaycanın yaxından iştirakı, maraqları təmin olunmadan, nəzərə alınmadan regionda heç bir problemin həllindən danışmaq olmaz. Dünyada belə yüksək nüfuzu ölkəmizə Prezident İlham Əliyev qazandırmışdır.
«Bütün bunlara görə ölkənin rəhbərini seçmək üçün Azərbaycan xalqının yenidən düşünüb-daşınmasına xüsusi bir ehtiyac yoxdur. Xalqımız Prezident seçkisi üçün artıq özünün qəti seçimini etmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Qurultayında çoxmilyonlu həmkarlar təşkilatı üzvlərinin adından Prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilmək üçün yekdilliklə namizəd göstərilməsi dövlət başçımıza olan ümumxalq etimadının real təntənəsidir. Yeni Azərbaycan Partiyasının Qurultayında da siyasi cəbhədəki həmfikirlərimiz özlərinin vahid namizədlərini irəli sürmüşlər: İLHAM ƏLİYEV! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Beynəlxalq birlik də, Dünya Azərbaycanlıları da ölkə Prezidentliyində İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər. Xalqımız Prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm Azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir. Ona görə də ölkənin və xalqımızın qarşıdakı Prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İLHAM ƏLİYEV! Uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir. İndiki müdrik seçimin ən böyük nəticəsi daha güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövləti və yüksək xoşbəxt həyat şəraiti qazanmaq imkanları əldə edən, birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı olacaqdır»-deyə, İ.Həbibbəyli vurğulayıb.

yap.org.az

Digər xəbərlər