Siyasət

  • 5 403

Məhəbbət İbrahimova: İnkişaf göstəriciləri və reallıqlar Azərbaycan xalqının seçiminin cənab İlham Əliyev olduğunu deməyə əsas verir

image

“Azərbaycan Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu qət edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə müstəqil, qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Bunu təmin edən əsas amil məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdir”. Bu sözləri yap.org.az saytına açıqlamasında YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar bütün sahələrin inkişafını təmin edib, gələcək inkişaf üçün güclü baza yaradıb: “Bu siyasət Azərbaycanın gələcək inkişafını təmin etmək iqtidarındadır. Bu səbəbdən Azərbaycan vətəndaşları ölkəmizin inamlı sabahı, xalqımızın rifahı üçün cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Ona görə də 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkilərində Azərbaycan vətəndaşlarının seçiminin cənab İlham Əliyev olacağını əminliklə deyə bilərik”.
M. İbrahimova əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi siyasət nəticəsində inkişafın Azərbaycan modelinin əsası qoyulub: “Azərbaycan dünyaya yeni iqtisadi inkişaf modeli təqdim edib və bu, bir çox ölkələr üçün nümunədir. İdarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. İnfrastruktur layihələri uğurla reallaşdırılıb, o cümlədən ötən 15 ildə ölkəboyu 642 tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir ki, bu da Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının dayandığını göstərir”.
“Sadalanan inkişaf göstəriciləri və pozitiv reallıqlar Azərbaycan xalqının seçiminin cənab İlham Əliyev olacağını deməyə əsas verir. Xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək”,-deyə YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər