Siyasət

  • 2 705

YAP-ın Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib

image

Aprelin 11-də keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Yeni Azərbaycan Partitasının “İlhamla irəli” şüarı ilə başladığı seçki kampaniyası çərçivəsində YAP-ın Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirildi.Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 11 apreldə keçiriləcək prezident seçkilərinin əhəmiyyəti barədə danışdı. YAP Yasamal rayon təşkilatı sədrinin müavini Telman İbadov və təşkilatın şura üzvü, Respublika Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış etdilər.

yap.org.az

Digər xəbərlər