Siyasət

  • 4 119

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib

image

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Nərimanov rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilmişdir.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, təşkiatın şura üzvü Vaqif Novruzov, seçki qərargahının üzvləri, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələri və digərləri iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışdı. T. Tağıyev müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan bəhs edib, YAP-ın monolit birliyi, böyük sosial bazası olan bir partiya olduğunu və Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasını yarandığı gündən Heydər Əliyev partiyası kimi tanıyaraq daima etibar etdiyi və dəstəklədiyini bildirdi və qeyd etdi ki bütün bu sadalanan və digər uğurların davamı üçün hər kəsi İlham Heydər oğlu Əiyevə səs verməyə çağırır.
Daha sonra Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də Ağsaqqallar Şurası olaraq fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğuladı.
Ağsaqqallar Şurasının fəal üzvlərindən olan Kamil Əliyev, Vaqif Novruzov, şairə Mərcan Şahbuzlu və digərləri çıxış edərək bildirmişlər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə yekdilliklə səs verəcəyinə təminat verir.
Sonda təşkilat sədri T. Tağıyev, 11 aprel Prezident seçkilərində Nərimanov rayon sakinlərinin YAP-ın namizədi prezident İlham Əliyevə səs verəcəyinə əminliyini qeyd etdi.
Tədbirin sonunda xatirə şəkli çəkildi və bununla da tədbir öz işini başa vurdu.

yap.org.az

Digər xəbərlər