Siyasət

  • 2 802

Ağstafalıların seçimi cənab İlham Əliyevdir

image

11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağstafa rayonu Vurğun qəsəbəsində və Həsənsu kəndində seçicilərlə görüş keçirilib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov və təbliğat qrupunun üzvü Saqif Ələkbərov iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ramiz Tatarov açaraq partiyamızın namizədi, dövlət başçısı İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verib. O bildirib ki, cənab İlham Əliyev dövlət başçısı olaraq daim regionlara səfər edib və bölgələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar mühüm qərarlar verib. Məhz bunun nəticəsində də Azərbaycanın bölgələri dinamik inkişaf edir. Natiq qeyd edib ki, 2004-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində ölkənin hər bir guşəsi hərtərəfli inkişaf edib.
«Təbii ki, ölkənin hər bir vətəndaşı öz həyatında bu inkişafı hiss edir. O cümlədən, Ağstafa rayonunda da quruculuq işləri böyük vüsət alıb. Ağstafalılar Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. İnanırıq ki, 11 aprel seçkiləri demokratik şəraitdə keçəcək və xalqımız bir daha cənab İlham Əliyevə yüksək etimad göstərəcək»-deyən, R.Tatarov seçiciləri seçki günü fəal olmağa çağırıb.
Görüşlərdə çıxış edənlər artıq seçimlərini etdiklərini və Prezident İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

yap.org.az

Digər xəbərlər