Siyasət

  • 2 710

Cəlilabad seçiciləri YAP-ın namizədini dəstəkləyirlər!

image

Cəlilabad rayonunda Yeni Azərbaycan Partiyasının VI qurultayında ölkə prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Əliyev İlham Heydər oğlunun seçkiqabağı təbliğat-təşviqat tədbirləri uğurla davam edir. Belə ki, 22 mart 2018-ci ildə cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirləri çərçivəsində rayonun Cəlayir, Sabirabad və Təklə kəndlərində seçicilərlə görüşlər keçirilib.Cəlayir kəndində keçirilən görüşdə YAP rayon təşkilatının şura üzvləri Yaşar Vəliyev və Malik Əliyev iştirak ediblər. Tədbiri giriş sözü ilə şura üzvü Yaşar Vəliyev açaraq, rayonun yaşayış məntəqələrində seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçirilən görüşlər barədə məlumat verib, İlham Əliyev cənablarının ölkə rəhbəri olduğu 15 ilə yaxın müddətdə Azərbaycanda gedən hərtərəfli inkişaf barədə ətraflı danışıb. O cümlədən, ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun artması, bölgədə aparıcı mövqe tutması, bütün sahələrdə gedən islahatlar, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər və digər vacib məsələlər barədə əsas məqamları iştirakçıların diqqətinə çatdıran Y.Vəliyev İlham Əliyevin dünyada yaxşı tanındığını, ölkəmizin hərtərəfli inkişafında onun böyük rolu, diqqət və qayğısını xüsusi vurğulayıb. O, seçiciləri 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə Cənab İlham Əliyevə səs verməyə çağırıblar.Görüşdə çıxış edən təqaüdçülər Bəhrəmxan Rəhimov və Mərifət Mirzəyev, gənc müəllim Fariz Rzayev, torpaq mülkiyyətçisi Sahibəli Seyfullayev, ərazi ilk partiya təşkilatının sədri Əlisehran Rzayev, həkim Malik Əliyev və başqaları Cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini qeyd etməklə, Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə ona öz minnədarlıqlarını bildirmiş, ərazinin bütün seçicilərinin iradəsini ifadə edərək 11 aprel 2018-ci ildə Cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.Təklə kəndində seçicilərlə keçirilən görüşdə YAP rayon təşkilatının idarə heyətinin üzvü Baxış Mustafayev və rayon təşkilatının şura üzvü Cahangir Muradov iştirak ediblər. Seçicilərlə görüşü açan Baxış Mustafayev Cənab İlham Əliyevin ölkə rəhbəri olduğu dövrdə bütün sahələrdə inkişafa nail olunduğu, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun xeyli artdığı , əhalinin əmək haqqı və təqaüdlərinin ilbə-il artırıldığı, müntəzəm olaraq ayrı-ayrı sahələrdə islahatlar həyata keçirilməsi və digər məsələlər barədə seçicilərə geniş məlumat verilmiş,bütün seçiciləri 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə Cənab İlham Əliyevə səs verməyə çağırıb.Tədbir iştirakçılarından kənd ağsaqqalı Ağahüseyn Hüseynov, təhsil işçiləri Hazarxan Ağayev, Qəzənfər Feyziyev, Famil Mahmudov və torpaq mülkiyyətçisi Eldar Kərimov və başqaları çıxış edərək cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini və seçkilər günü yekdilliklə ona səs verəcəklərini bildiriblər.Sabirabad kəndində seçicilərlə keçirilən görüşdə YAP rayon təşkilatı idarə heyətinin üzvləri Xudayar Sultanlı və Elçin Hüseynov iştirak ediblər. Tədbiri giriş sözü ilə Xudayar Sultanlı açaraq, seçiciləri Novruz bayramı münasibətilə səmimi təbrik edib, tədbirin məram və məqsədlərini iştirakçıların diqqətinə çatdıraraq 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı seçicilərə geniş məlumat verib. O, cənab İlham Əliyevin həyat və fəaliyyəti, ölkə başçısı olduğu müddətdə gördüyü işlər və həyata keçirdiyi çoxşaxəli tədbirlər, Azərbaycanın böyük inkişafı, hərbi qüdrətinin artması, bütün dünyada tanınması, cənab İlham Əliyevin sözün həqiqi mənasında bütün Azərbaycan vətəndaşlarının prezidenti olması və digər məsələlər haqqında seçiciləri məlumatlandırmış, əmin olduğunu bildirmişdir ki,ərazinin bütün seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verəcəklər.Tədbirdə çıxış edən kənd sakini, aprel döyüşçüsünün atası Mehman Məmmədov, kənd sakini Mustafa İbrahimov, təhsil işçiləri Haqverdi Nuriyev, Azad Cəfərov, Əliağa Ələkbərov , bağça müdiri Rahilə Əsgərova, ağsaqqal Ərəb Abasov və başqaları cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib, 11 aprel 2018-cildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan ediblər.

sia.az

Digər xəbərlər