Siyasət

  • 3 089

Sabirabad rayon seçiciləri seçimlərini ediblər - İlham Əliyev

image

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri bu gün rayonun Kürkənd, Poladlı, Suqovşan və Yastıqobu sakinlərilə görüş keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüş Kürkəndin mədəniyyət evində təşkil olunub.Əhali ilə görüşdə iştirak edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva, Sabirabad rayon ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, "Tərəqqi" medallı Salamulla Abdullayev, gənclərdən Kamil Cəfərov, azsaylı xalqların nümayəndəsindən Rufat Utarov, şair publisist, pedaqoq Ərzuman Babaşov çıxış edərək prezident İlham Əliyevin yürütdüyü sosial yönümlü siyasətdən ətraflı danışaraq müsbət nəticələrin Sabirabad rayonun timsalında yaşadıqlarını bildirdilər. Kənd sakinləri 11 aprel günü seçkilərdə iştirak edib İlham Əliyevə səs verəcəklərini bildirdilər.

sia.az

Digər xəbərlər