Siyasət

  • 3 491

Ucarlı seçicilər: "Bizim namizədimiz İlham Əliyevdir"

image

Bu gün prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi rayonun Qazyan kəndində partiyanın namizədi cənab İlham Əliyevə seçkilərdə dəstək məqsədi ilə təbliğat-təşviqat xarakterli mitinq keçirib. Mintinqdə Qazyan kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar aktiv iştirak ediblər.Mintinqi giriş sözü ilə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq qeyd edib ki, bu gün Azərbaycanın inkişaf və tərəqqisi istiqamətində əldə edilən hər bir uğurun arxasında İlham Əliyevin mütərəqqi siyasəti dayanır. Bu baxımdan, öz ölkəsini, Vətənini sevən hər bir vətəndaş həmin inkişafın davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməli, bununla ölkəmizin güclü dövlətlər sırasındakı yerini daha da möhkəmlənməsinə dəstəyini əsirgəməməlidir.Təbliğat qrupunun üzvləri Alı Babayev, Yaqut Zeynalova və Rahib Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında 2003-2018-ci illərdə müstəqil Azərbaycanımızın qazandığı mötəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədi, cənab İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər adından Qazyan kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aidə Hüseynova çıxış edərək seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.Tədbirin sonunda seçicilər YAP-ın namizədi İlham Əliyevi yenidən prezident kürsüsündə görmək istədiklərini yekdilliklə bildiriblər.

sia.az

Digər xəbərlər