Siyasət

  • 5 450

Zərdablılar seçkilərə “İlhamla irəli!” şüarı ilə gedir!

image

2018-ci ilin 11 aprel tarixində Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının tədbirlər planına uyğun olaraq Zərdab rayonunun bütün yerli strukturları təbliğat-təşviqat işlərini uğurla davam etdirməkdədirlər. Belə ki, partiyanın Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri martın 19-da Zərdabda "İlhamla irəli!" şüarı ilə təbliğat kampaniyasına start verib. Mart ayının 22-də rayonun Bıçaqçı, Yuxarı Seyidlər və Siləyli kəndlərindən olan seçicilərlə görüş keçirilib.Tədbirlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. “Hazırda Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”-deyə qeyd edən P.Mahmudova bildirib ki, bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir: “Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. İnanırıq ki, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə "İlhamla irəli" devizi altında 15 il ölkəmizə xidmət göstərmiş bu proqramın bundan sonra da davam etdirilməsi, dövlətimizin qüdrətinin və əzəmətinin artırılması məqsədilə seçicilərimiz bu proqramı dəstəkləyəcək, növbəti 7 ildə də onun uğurla həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə layiqli namizədə - İlham Əliyevə səs verəcəklər”.Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Cəvahir İsmayılova, Ziyad Xancanov, Nailə Əliyeva, Məkkə Həmidova çıxış edərək ölkəmizin əldə etdiyi uğurlardan söhbət açaraq, seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.Sonda hər üç kənddən olan seçicilərin nümayəndələri mütəşəkkil qaydada partiyamızın namizədini dəstəklədiklərini vurğulayaraq, seçkilərdə ona səs verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər