Siyasət

  • 2 856

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin seçimi - İLHAM ƏLİYEV

image

YAP Mərkəzi Seçki Qərərgahının Cəbrayıl rayon şöbəsi təbliğat qrafikinə uyğun olaraq Sumqayıt şəhərində məcburi köçkün seçicilərlə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təbliğatına start verib. SİA-nın verdiyi məlumata görə, tədbiri YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev giriş nitqi ilə açıq elan edib.Təbliğat tədbiri çərçivəsində seçicilərə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı platformasını əks etdirən bukletlər paylanıb və İlham Əliyevin son 15 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi naliyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından bəhs edilib.Seçicilərlə görüşdə rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar Şurasının idarə heyyətinin üzvü Əyub Quliyev çıxış ediblər.Sonra YAP fəallarının çıxışları olub.

sia.az

Digər xəbərlər