Siyasət

  • 4 343

Salyanlı seçicilər: İlham Əliyevə "HƏ" deyirik

image

11 aprel Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahının Salyan rayon şöbəsinin təbliğat qrupu 22 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd irəli sürülmüş İlham Əliyevin Salyan rayonunun Kürqaraqaşlı kəndində “İlhamla İrəli” təbliğatına start verilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşlərdə YAP Salyan rayon Təşkilatının sədri Rəşad Cəbraylov, YAP Salyan rayon təşkilatının icra aparatının rəhbəri Mirzə Mirzəyev, Əməkdar müəllim Yaqut Ələsgərova, Əməkdar müəllim, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, YAP Salyan rayon Təşkilatı İdarə Heyətinin üzvü Əbülfət Bədəlov, Təbliğat Qrupunun üzvləri Rüstəm Məlikov və Sahib Həsənov iştirak edərək çıxışlarında prezident İlham Əliyevin 13 il ərzində gördüyü işlərdən və ölkəmizin keçdiyi inkişaf tarixindən ətraflı bəhs ediblər.Görüşdə Kürqaraqaşlı kənd sakinləri Bulat Ağabəyov, İlqar Ağabəyov Elnur Hüseynov Surayə İsayeva, kənd ağsaqalı Miraslan Ağayev çıxış edərək YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə yenidən səs verəcəklərini bəyan ediblər.

sia.az

Digər xəbərlər