Siyasət

  • 3 322

YAP Şəmkir rayon təşkilatı seçicilərlə növbəti görüşünü rayonun Sabirkənd kəndində keçirib

image

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü rayonun Sabirkənd kəndində keçirib.

Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev YAP-ın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq-abadlıq işlərindən danışıb. F.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Məhz, bu inkişafın nəticəsidir ki, əhalinin təqaüdləri, maaşları ilbəil artırılır və bu da insanların firavan yaşamasına, sosial rifahının artmasına gətirib çıxarır.
Görüşdə çıxış edən digər natiqlər də YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu barədə danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.

yap.org.az

Digər xəbərlər