Siyasət

  • 2 819

Cəbrayıllı seçicilər YAP-ın namizədinə səs verəcəklər

image

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş Sumqayıt şəhərində məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə keçirilib.
Tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məlumat verib. A.Fərzəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü layihələr, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası ölkəmizdə qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsinin azalmasına, çadır şəhərciklərinin ləğv edilməsinə şərait yaradıb: «Ölkəmizdə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan edən Azərbaycan Prezidenti verdiyi vədi artıq yerinə yetirib. Bu müddətdə qaçqın və məcburi köçkünlərin işlə təmin olunmaları və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı çoxsaylı hüquqi sənədlərin qüvvəyə minməsi sosial sahədə böyük irəliləyişə səbəb olub. Mən əminəm ki, Cəbrayıl seçiciləri də bu inkişafın, bu irəliyişin davamına-Prezident İlham Əliyevə səs verəcəklər».
Seçicilərlə görüşdə rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar Şurasının idarə heyyətinin üzvü Əyub Quliyev çıxış ediblər. Daha sonra çıxış edən cəbrayıllı məcburi köçkünlər ölkədə aparılan sosial-iqtisadi siyasətdən razılıq ifadə ediblər. Seçicilər təqaüdlərin və maaşların artırılmasını təqdir ediblər və bildiriblər ki, onlar ölkəmizdə mütərəqqi gələcəyə aparan siyasi kursu-Ulu öndər Heydər Əliyev siyasi kursuna və bu siyasi kursu layiqli şəkildə həyata keçirən Prezident İlham Əliyevə səs verəcəklər.

yap.org.az

Digər xəbərlər