Siyasət

  • 2 858

Azərbaycanımızın daha da güclənməsi naminə İlham Əliyevə səs veririk

image

Martın 22-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayonun Çöhranlı, Yeni Şıxımlı kəndlərində, Dəyirman kombinatında seçicilərlə görüşlər keçirib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. A.Kərimli vurğulayıb ki, 11 apreldə hər birimiz seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik.
Çıxış edən təbliğat qrupunun üzvləri Sabir Novruzov, Talıb Məmmədov, Elmira Süleymanova, Valeh Qaraşov Azərbaycan dövlətinin son 15 ildə atdığı uğurlu addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildiriblər.
Görüşlərdə seçicilər adından Nurəddin Nəsibov, Allahverdi Hacıyev, Rahim Nuğayev çıxış edərək rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar. Seçicilər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər.

yap.org.az

Digər xəbərlər