Siyasət

  • 2 597

Qələbələrin qarantı Yeni Azərbaycan Partiyasının namizədidir

image

2018-ci ilin 11 aprel tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya – prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının tədbirlər planına uyğun olaraq Zərdab rayonunda da bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri martın 19-dan Zərdabda «İlhamla irəli» şüarı ilə təbliğat kampaniyasına start veriblər. Dünən rayonun Bıçaqçı, Yuxarı Seyidlər və Siləyli kəndlərindən olan seçicilərlə görüşlər keçirilib.

Tədbirlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. P.Mahmudova vurğulayıb ki, Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb: «Qarşıda isə yeni və böyük vəzifələr dayanır. Ölkənin inkişafı, insanın rifahı naminə prezidentliyə namizəd İlham Əliyevin seçki proqramı keçilən yolun nailiyyətlərinə əsaslanır. İnanırıq ki, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə "İlhamla irəli" devizi altında 15 il ölkəmizə xidmət göstərmiş bu proqramın bundan sonra da davam etdirilməsi, dövlətimizin qüdrətinin və əzəmətinin artırılması məqsədilə seçicilərimiz bu proqramı dəstəkləyəcək, növbəti 7 ildə də onun uğurla həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə layiqli namizədə - cənab İlham Əliyevə səs verəcəklər.»
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Cəvahir İsmayılova, Ziyad Xancanov, Nailə Əliyeva, Məkkə Həmidova çıxış edərək ölkəmizin əldə etdiyi uğurlardan söhbət açaraq seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

yap.org.az

Digər xəbərlər