Siyasət

  • 4 165

Xaçmaz rayonunun Müqtədir və Nabran qəsəbələrində seçicilərlə görüş keçirilib

image

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsinin təbliğat qrupunun üzvləri Müqtədir və Nabran qəsəbələrində seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev prezident seçkilərinin demokratik, şəffaf keçirilməsinin əhəmiyyətindən, YAP-ın prezidentliyə namizədi İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycanın nail olduğu möhtəşəm tarixi naliyyətlərdən, beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından və digər məsələlərdən seçicilərə geniş məlumat verib.
Milli Məclisin deputatı Eldəniz Səlimov isə qeyd edib ki, Azərbaycanın gələcək inkişafı naminə hər bir vətəndaş Prezident İlham Əliyevə səs verməlidir.
Qəsəbə sakinləri görüşdə çıxış edərək seçkilərdə cənab İlham Əliyevə səs verməklə ölkəmizin gələcək inkişafına, sabitliyin dayanıqlı olmasına səs verəcəklərini diqqətə çatdırıblar.

yap.org.az

Digər xəbərlər