Siyasət

  • 3 905

Maştağa sakinləri Azərbaycanın İlhamlı gələcəyinə səs verəcəklər

image

Yeni Azərbaycan Partiyasının "İlhamla irəli" şüarı ilə başladığı seçki kampaniyası çərçivəsində bu gün YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsinin təşkilatçılığı ilə Maştağa Mədəniyyət Evində seçicilərlə görüş keçirilib.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib və onların sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olub: "Son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində, müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf edib, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib, bölgədə və dünyada qüdrəti artıbdır. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulması, hüquqi təsisatların bərqərar edilməsi inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilmişdir".
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının idarə heyətinin üzvü Vahid Hacıyev cənab İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə görülmüş işləri və uğurları diqqətə çəkərək, güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin böyük gücə və nüfuza malik olduğunu bildirib. Qeyd edib ki, uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də mühüm və qəti seçiminin böyük bəhrəsini görəcək. Ölkənin hər bir vətəndaşı öz həyatında bu inkişafı hiss edir. Sabunçu rayon sakinləri də Prezident İlham Əliyevin siyasətini, birmənalı tərzdə dəstəkləyir. 11 aprel seçkiləri demokratik şəraitdə, şəffaf keçəcək və xalqımız bir daha cənab İlham Əliyevə yüksək etimad göstərəcəkdir.
Daha sonra YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və başqaları çıxış edərək 11 apreldə seçiciləri daha uğurlu gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

yap.org.az

Digər xəbərlər