Siyasət

  • 4 556

Qəbələ rayonunun Həmzəlli, Qaradeyn, Xırxatala və Cığatelli kəndlərinin seçiciləri ilə görüş keçirilib

image

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı tərəfindən Həmzəlli, Qaradeyn, Xırxatala və Cığatelli kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Seçicilərlə keçirilən bu tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsinin təbliğatçılarından Abil Ağasəfov, Qüdrət Səmədov, Arifə Bayramova və Ümüdvar Həsənov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçki proqramı ilə bağlı geniş çıxış ediblər, ölkəmizin daxili və xarici siyasətindən, eləcə də, gələcəkdə həyata keçiriləcək işlərdən danışıblar.
Görüşlər zamanı seçicilər, birmənalı olaraq, cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər