Siyasət

  • 4 604

Ağdaşlıların seçimi- İlham Əliyevdir

image

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər uğurla davam edir. Ağdaş rayonunun Kükəl, Ərəb, Birinci Aral, Xosrov, Şəmsabad və Tofiqi nümayəndəliklərini əhatə edən kəndlərin seçiciləri ilə görüşlər keçirilib.Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri, millət vəkili Cavid Osmanov açaraq, bildirib ki, son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənmişdir. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulması, hüquqi təsisatların bərqərar edilməsi, ən müxtəlif sahələr üzrə etibarlı beynəlxalq tərəfdaş imicinin qazanılması inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilmişdir. Məhz belə möhtəşəm uğurlara görə, ağdaşlılar 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəklər.Görüş iştirakçılarından Tahir Tağıyev, Dəyanət Xəlilov, Roza Əhmədova, Gülşən Cəlilova, Elxan İsayev, Tofiq Siracov, Vaqif Həsrətov və Səbinə Mehdiyeva çıxışlarında Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini sevinc hissləri ilə qarşıladıqlarını bildiriblər. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq insanlar olduqlarını bildirən ağdaşlılar Yeni Azərbaycan Partiyasının namizədindən başqa seçimləri olmadığını vurğulayıblar. Bütün seçicilər adından bəyan ediblər ki, onların seçimi bu dəfə də Cənab İlham Əliyevdir və onlar bu seçimi təsdiq etmək üçün 11 aprel tarixini səbirsizliklə gözləyirlər.Görüşdə çıxış edən təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva və Elsevər Baxışov qeyd ediblər ki, ağdaşlılar vətənsevər, dövlətə, Ulu Öndər Heydər Əliyevin amallarına sadiq insanlardır və bundan sonra da belə olacaqdır.Görüşün sonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov bir daha seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb.

sia.az

Digər xəbərlər