Siyasət

  • 3 963

İlham Əliyev- alternativsiz Liderdir

image

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Qax rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kompaniyası çərçivəsində növbəti görüş dünən rayonun Almalı, Dəymədağlı, Şıxlar kəndlərinin seçiciləri ilə keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Qax rayon şöbəsinin sədri Nizami Əhmədov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının namizədi, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir, iqtisadiyyatımızda dinamik inkişaf təmin edilir.Və əminik ki, hər bir azərbaycanlı növbəti illərdə də bu inkişafın davamını Cənab İlham Əliyevlə birgə görmək istəyir.Milli Məclisin deputatı Rafael Hüseynov seçicilər qarşısında çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək qüdrətli, əzəmətli, regionda söz sahibi olan dövlətə çevrilmişdir: "Ölkədə gedən geniş abadlıq-quruculuş işləri, müasir infrastruktur layihələri Azərbaycanımızın simasını tamamilə dəyişdirmişdir. Dünyanın ən qabaqcıl dövlətləri belə Azərbaycanda gedən iqtisadi sıçrayışa həsədlə baxırlar. Və əlbəttə ki, bütün bunlara cənab Prezidentimizin Ulu Öndər Heydər Əliyev kursuna sədaqəti, gərgin əməyi, xalqına bağlılığı ilə nail olunmuşdur. Bu inkişafı müdrik azərbaycan xalqı və eləcə də Qax seçiciləri heç vaxt unutmayacaq və öz rəğbətini 11 apreldə seçki məntəqələrinə gələrək bildirəcəklər".Seçicilərdən Şürəddin Həsənov, Narıngül Fətəliyeva, Nemət Əliyev çıxış edərək qeyd etdilər ki, bu gün bizə yaradılan şəraitə görə, həyat səviyyəmizin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə cənab Prezidentimizə minnətdarıq və həmişə də Prezidentimizin arxasındayıq, seçimimiz Cənab İlham Əliyevdir.

sia.az

Digər xəbərlər