Siyasət

  • 3 174

Fransada yaşayan soydaşlarımız səsvermə prosesində fəallıq göstərirlər

image

Aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkəmiz, xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın sabitliyi və inkişafı baxımından bu seçkilər çox vacibdir. Sechki-2018.az saytının xəbərinə görə, bu fikri səfir Rəhman Mustafayev jurnalistlərə müsahibəsində bildirib. Qeyd edib ki, səfirliyin mədəniyyət mərkəzində təşkil olunmuş seçki məntəqəsi lazımi avadanlıq və vəsaitlərlə təmin olunub, şəffaf və ədalətli seçki üçün tam şərait yaradılıb.“Fransada iş günü olmasına baxmayaraq, soydaşlarımız səsvermə prosesində fəallıq göstərirlər. Həmvətənlərimiz səsvermədə iştirak etmək üçün Fransanın 15 əyalətindən gəlirlər. İnanırıq ki, 11 aprel prezident seçkiləri uğurla keçəcək”, - deyə səfir R. Mustafayev vurğulayıb.

yap.org.az

Digər xəbərlər