Siyasət

  • 3 253

Nataliya Yurevna: Vətəndaşların prezident seçkilərinə böyük marağı var

image

MDB müşahidə missiyasının üzvləri Lerikin seçki məntəqələrində olublar. Sechki-2018.az saytının xəbərinə görə, 78 saylı Lerik seçki dairəsinin ərazisində yerləşən seçki məntəqələrində səsvermənin gedişini izləyən beynəlxalq müşahidəçilər məntəqələrdə səsvermənin yüksək səviyyədə keçirilməsi üçün lazımi şəraitin olduğunu bildiriblər.MDB müşahidə missiyasının üzvü Nataliya Yurevna seçki dairəsinin ərazisində yerləşən məntəqələrdə seçici fəallığının olduğunu qeyd edib. “Mən birinci dəfə deyil ki, MDB-nin müşahidə heyətinin tərkibində yer alıram. Müşahidələrimə görə, bugünkü prezident seçkiləri çox aktiv keçir. Hər şey yüksək səviyyədə təşkil edilib. Vətəndaşların prezident seçkilərinə böyük marağı var”, - deyə Nataliya Yurevna vurğulayıb.

yap.org.az

Digər xəbərlər