Siyasət

  • 3 239

"ELS" "exit-poll"un nəticələrini açıqladı: İlham Əliyev 82,71 faiz səs toplayıb

image

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb. Sechki-2018.az saytının xəbərinə görə, mərkəzin rəhbəri İradə Yaqubova deyib ki, bu gün saat 08:00-dan başlayan "exit poll" saat 19:00-a qədər davam edib.

Onun sözlərinə görə, saat 19:00-a olan seçici fəallığı 68.7% təşkil edib. "Exit-poll"da iştirak edən seçicilərdən 82.71 faizi prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.
Sonrakı fyerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 4.23%
Zahid Oruc 3.7%
Sərdar Cəlaloğlu 3.56%
Hafiz Hacıyev 2.01%
Araz Əlizadə 1.87%
Fərəc Quliyev 1.33%.
Razi Nurullayev 0.92 %
Qeyd edək ki, təşkilat səsvermə günü "exit-poll"u Naxçıvan Muxtar Respublikası istisna olmaqla 118 seçki dairəsinin 300 məntəqəsində keçirib.

yap.org.az

Digər xəbərlər