Əli Əhmədov: "Azərbaycan xalqı İlham Əliyevi prezident seçdi"

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir."MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib", - deyə Ə.Əhmədov bildirib.

sia.az